“Koronavirus bəlasından sonra biz sağlamlığımızın nə qədər dəyəörli olduğunu gördük. Bütün dünyada sağlam həyat tərzi ilə bağlı ciddi təbliğat aparılır. Əvvəlki illərlə müqayisədə insanlar artıq daha diqqətli olmağa, sağlamlıqlarının qeydinə qalmağa çalışırlar. Qidalanma vərdişlərimiz də gün keçdikcə daha da yaxşılaşır. Bu çox müsbət tendensiyadır”.
Bu sözləri Faktmedia.az-a açıqlamasında uroloq-androloq, cərrah Fariz Cəbiyev deyib.
Həkim bildirib ki, insanlar indi xəstəliklərə qarşı daha duyarlıdır və daha ciddi yanaşırlar. Koronavirus pandemiyası bütün dünyada insanları ciddi sağlamlıq sınağına çəkdi və yaşından, manəfeindən, kimliyindən asılı olmayaraq bir virusun, xəstəliyin qarşısında aciq qalmağı hər kəs gördü. Ondan sonra dünyada sağlamlığın ən vacib və dəyərli olmasını hər kəs düşünməyə başladı.
Rəna Həsənova