"HaI-hazırda Bakıda Formula 1yarışması və Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Beynəlxalq Şahmat yarışması olacağı üçün ciddi müştəri axını gözlənilir. Bakıda Mərkəzi otellər 100 % doludur".
Bu sözləri Faktmedia.az-a açıqlamasında turizm eksperti Cabir Dövlətzadə deyib.
O, həmçinin əlavə edib:"Formula 1 yarışmaları Azərbaycanı Beynəlxalq aləmdə tanıdan bir yarışmadır. Bütün biletlər satıldığı üçün, otellərdə yerlərin dolu olduğunu deməyə əsas verir. Xarici vətəndaşlardan bəziləri daha erkən gəlib. Yarışa qədər vaxt qaldığı üçün bölgələrə səfər edirlər. Xüsusən də Quba və Qəbələyə gedənlər daha çoxdur. Yaxın vaxtlarda ölkəyə giriş üçün testin aradan qaldırılması çox müsbət bir hal oldu ki, bu da müştəri axınına ciddi təsir göstərdi.
Ekspert həmçinin ərəb turistlərin də axınını gözlədiyini vurğulayıb:" Artıq Ramazan ayı da bitib, buna görə yarışlardan sonra ərəb turistlərin axınını da gözlənilir".
Havar Şəfiyeva