"Ölkəmizdə uçuş biletlərin qiyməti çox bahadır".
Faktmedia.az xəbər verir ki, bu sözləri Turizm eksperti Cabir Dövlətzadə deyib.
O bildirib ki, biletlərin baha olmasının əsas səbəbi ondan ibarətdir ki, bizdə yalnız hava nəqliyyatı ilə gəliş-gediş mümkündür:
"Alternativ olaraq dəniz və avtomobil yolları açılmış olarsa, biletlərin qiymətlərinə də öz təsirini göstərəcək. Ölkəmizdə ciddi alternativ lokos uçuşları olması vacibdir ki, bazarın ümumi qiymətlərinə təsir göstərsin. Hazırki dövrdə biletlərin qiymətləri yenə qalxmaqda davam edir. Amma yeni sezon başlayanda çarter reyslərin açılışı olacaq, həm də ucuz büdcəli uçuşların bərpa olunmasını gözləyirik. Təbii ki, biletlərin baha olması turizmə öz mənfi təsirini göstərir. Ümüd edirik ki, yeni sezonda qiymətlər nisbətən enəcək və turizmdə öncəki illərdəki kimi daha da yaxşı inkişaf olacaqdır".
Havar Şəfiyeva