“Uşaqların tez-tez xəstələnməsi əslində çox narahatedici məqamdır. 5 yaşına qədər uşaqlarda bu vəziyyət daha çox müşahidə edilir. Çünki həmin yaşlarda uşaqlarda immunitet hələ tam formalaşmayıb. Xüsusən, bu yaşlarda uşaqlar sosial mühitlə hələ yeni-yeni tanış olurlar. Ona görə də ətrafdalı xəstəlikləri daha çox özlərinə çəkirlər”.
Bunu Faktmedia.az-a açıqlamasında pediatr-neonatoloq Nərmin Hacıyeva deyib.
Həkim qeyd edib ki, uşağın bu yaş dövründə tez-tez xəstələnəsi onun zəif olduğu anlamına gəlməməlidir. Ətraf faktoru və immun sistemin formalaşmaqda olması əsas səbəb olaraq götürülməlidir. Bunun üçün valideynlər həmin uşağı ətraf mühitdən qorumaq əvəzinə, immun sistemini gücləndirməlidirlər.
Rəna Həsənova