“Qadın yumurtalıqları ilə bağlı həyata keçirilən bəzi cərrahi əməliyyatlar çox zərərlidir. Sərt alətlə yumurtanın birini tutmaq belə onun tərkibində olan yüzlərlə yumurtanın məhv olmasına səbəb ola bilər. Qadın yumurtalığı gözümüz qədər həssasdır. Mümkün qədər kənar müdaxilələrdən qorumaq lazımdır”.
Bunu Faktmedia.az-a müsahibəsində cərrah-ginekoloq Emin Haqverdiyev deyib.
Həkim bildirib ki, yumurtalıq problemlərində genetik faktorlar önəm daşıyır. Bəzən yeni doğulmuş körpə qız uşağıda belə problem aşkarlana bilər. Bunun birbaşa səbəbi anadan keçən irsi xüsusiyyətlərdir. Bu zaman vaxt itirmədən həkim müdaxiləsi vacib hesab edilir. Əks halda hər saat problem ağırlaşa bilər.
Rəna Həsənova