“Dünyada 40 yaşdan yuxarı insanların 35 faizində bel ağrıları müşahidə edilir. Çünki bütün bədənin ağırlığı bel fəqərələrinin üzərinə düşür. Əsrimiz bəlası oturaq həyat tərzi bel ağrılarını meydana gətirən əsas səbəblərdəndir. Günün əsas hissəsini oturaq vəziyyətdə keçirmək və yaxud birdən-birə ağır yük qaldırmaq beldəki fəqərələri zədələyə bilər”.
Bunu Faktmedia.az-a açıqlamasında neroloq-osteopat Aygün Musayeva deyib.
Həkim qeyd edib ki, əzələ sisteminin zəifləməsi, qan dövranının pozulması, sinir sisteminin təsirlənməsi də bel ağrılarını meydana gətirən səbəblərdəndir. Bundan başqa, iltahabi proseslər də bu ağrıların yaranmasına şərait yaradır.
Xəyalə Xəlilova