“Günün əsas hissəsini sükan arxasında keçirən insanlarda bel-oynaq ağrılarının yaranması normal hesab edilir. Məsələn, bəzi insanlar 12-15 saat yolda keçirirlər. Bu zaman onurğa sisteminin zədələnməsi baş verə bilər. Bunun baş verməməsi üçün düzgün oturmaq lazımdır”.
Bunu Faktmedia.az-a müsahibəsində fizioterapevt Məhəmməd Əliyev deyib.
Həkim bildirib ki, məcbur olaraq yolda uzun müddət vaxt keçirən insanlar xüsusi bel yastıqlarından istifadə edə bilərlər. Hərəkətsiz halda uzun müddət qaldıqda, metobalizma və qan dövranı zəifləyir. İnsan ən azı 1 saat oturquda, 5-10 dəqiqəlik fasilə verib hərəkət etməlidir. Əks halda, nəyinki bel-oynaq ağrısı, digər xəstəliklərin də meydana gəlməsi qaçılmazdır.
BƏSTİ