“Oturaq həyat tərzi bir çox xəstəliklərin yaranmasını sürətləndirən problemdir. Damar xəstəliklərinin də meydana gəlməsində bu əsas rol oynayan faktordur. Xüsusən, gününün çoxunu sükan arxasında keçirən şəxsləərdə bu problem daha çox müşahidə edilir”.
Bunu Faktmedia.az-a açıqlamasında damar cərrahı Əşrəf Həsənzadə deyib.
Həkim onu qeyd edib ki, varikoz xəstəliyinin klassik səbəbləri var. Hamiləlik, doğuş, travma keçirmək və genetik faktorlar xəstəliyin yaranmasında əsas səbəblərdəndir. Xəstəlik qadınlarda daha çox rast gəlinsə də, kişilərdə də bu problemə rast gəlmək olar. Kişilərdə daha çox müxtəlif travmalar və ya genetik səbəblərdən yaranır. Müalicəsi nə qədər tez başlasa, o qədər faydalı olar.
BƏSTİ