Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq cümə axşamı bildirib ki, Rusiya Ukraynadakı vəziyyətin öhdəsindən təkbaşına gələ bilər və Çinin hərbi dəstəyinə ehtiyac duymur.
Faktmedia.az TASS-a istinadən bildirir ki, o, brifinqdə qərbli jurnalistin müvafiq sualını cavablandırarkən deyib: "Rusiya qüdrətli böyük dövlətdir. Onun Çinin və ya digər ölkələrin dəstəyinə ehtiyacı yoxdur".
Çin diplomatı qeyd edib ki, Pekinin bu məsələdə mövqeyi Amerika rəhbərliyinin fikirlərindən fərqlənir. Ukraynanı çoxlu sayda silahla təmin edən ABŞ-ın etdiyi kimi hərəkət etməyəcəyik.
Havar Şəfiyeva