"Binaların tikilməsində hər hansı bir təhlükəyə üzləşməmək üçün mütləq şəkildə tikinti qaydalarına əməl olunmalıdır. Buraya sement məhsulunun yüksək markalı olması, sütun və rigerlərdə işlənən armatur materialının qalınlığı, düzülüşü və bağlantı formaları və s aiddir".
Bunu Faktmedia.az-a açıqlamasında memar Cahid Həsənov deyib.
Onun fikirlərinə görə, konstruksiya möhkəmliyi birmənalı olaraq tətbiq olunmalıdır: "Bu günkü qanunumuza əsasən tikinti qaydalarına tətbiq edilmiş şərtlər tikinti təhlükəsizliyinə xidmət edir. Müasir dövrdə layihələrindən asılı olmayaraq bütün binalar etibarlıdır. Fövqəlada Hallar Nazirliyi yarandıqdan sonra yaxşı mənada sərt qaydalar tətbiq edildi. Bundan öncəki illərdə isə bir çox nöqsanlara yol açır, qeyri qanuni işlər həyata keçirilirdi. Sevindirici haldır ki, artıq bu kimi çatışmazlıqlar aradan qaldırılıb".
Havar Şəfiyeva