"Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi su az olduğu bir dövrdə çox kəskinləşib. Belə ki Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatına malik olduğuna görə suvarma sistemləri çox dəqiq və müasir metodlara keçirilməlidir".
Bunu Faktmedia.az-a ekoloq Sadiq Həsənov deyib.
Ekoloq bildirib ki, kənd təsərrüfatında əkinə yararlı sahələr - xüsusilə pambıq tarlaları, taxıl, arpa, buğda, düyü və digər məhsullar həddindən artıq suya həssasdırlar:
"Eyni zamanda üzümçülüyə böyük tələbat var. Digər sahələrin də suya tələbatı çox böyük olduğu üçün və suvarma sistemlərimiz müasir olmadığına görə, torpaqlarımızın şoranlaşmasına böyük təsir edir. Eyni zamanda bir çox yerlərdə isə duzlaşma proseslərinə sürətlə gedir. Biz əkinçiliyi inkişaf etdirmək və bu mənada işsizliyi aradan qaldırmaq istəyiriksə mütləq suvarma sistemini təkmilləşdirməliyik. Müasir metodları həyata keçrilməliyik ki, buna damcılı su sistemi və daha az suya qənaət edecek metodlar aiddir".
Havar Şəfiyeva