Hal-hazırda Azərbaycan Respublikasında sudan istifadə üzrə milli strategiya hazırlanmaqdadır. Bu milli strategiyada içməli su əsəs prioritet kimi nəzərdən keçirilir".
Bunu Faktmedia.az-a ekoloq Rövşən Abbasov deyib. O bildirib ki, Azərbaycanda hələ də əhalinin bir qismi içməli su ilə təmin olunmayıb:
"Eyni zamanda iri şəhərlərin su ilə təminatı üçün yeni su mənbələri axtarılır və yeni su təmizləmə qurğulari qurulur. Bu istiqamətdə çox işlər görülür. Su itkilərini azaltmaq üçün kənd təsərrüfatında müasir suvarma texnologiyasına keçid məsələləri müzakirə olunub. Hal-hazırda müasir suvarma texnologiyalarına keçən fermerlər dövlət tərəfindən subsidiyalaşdırılır. Bu, daha az su israf etmə deməkdir və ümumiyyətlə az su tələbatı olan kənd təsərrüfatının yaradılması üçün çox vacib şərtlərdən biridir".
Qeyd edək ki,
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əhalini sudan səmərəli istifadəyə çağırıb. “Söhbət təkcə suyun yığılmasından, ya da su ehtiyatlarımızdan getmir. Məsələ suyun düzgün istifadə edilməsiylə bağlıdır. Sudan məsuliyyətli qaydada istifadə etmək cəmiyyətdə trendə çevrilməlidir. Su ehtiyatlarımız nə qədər çox olsa, bundan səmərəsiz istifadə etsək, təbii ki, çatmayacaq”, - nazir bildirib.
Rəna Həsənova