"Azərbaycan müstəqilliyini qazandığı zamandan başlayaraq memarlığa nəzarət itirir, desək yanılmarıq. Pulun dominantlığı, monopoliya, özəl bizneslərin yaranması Bakının xaotik inkişaf etməsinə səbəb oldu”.
Bunu Faktmedia.az-a memar-dizayner Aysel Hüseynova deyib.
“Bakı şəhəri biznesmenlər üçün ekspremintal zonaya çevrildi. Son 30 ilə baxsanız Bakı şəhərinə gətirilərək, tətbiq edilən uğursuz materiallar az deyil. Alüminium kompozit panellər, penoplast üzlükləri buna misal göstərmək olar. Təəsüflər olsun ki bir çox biznesmenlərə yalnız əldə edəcəyi kapitallar maraqlandırır. Onları Bakının memarlığı, tarixi, gələcəkdə şəhərin simasını necə dəyişəcəyi önəmli deyil. Memarlar da belə biznesmenlərdən asılı olduqları üçün ətraf mühiti düşünmür. Təbii ki bu tarixi abidələr üçün də təsirsiz ötüşmür.
Bakı şəhərinin hər köhnə küçə və qəsəbələrinin özünəməxsus edən, əbədiləşdirən tarixi dəyəri var. Bu memari dəyərləri biz itirdikcə, Bakı şəhərini Avropa standartlarına uyğunlaşdırdıqca öz simamızı da itirmiş oluruq. Xarici turistlər Bakını Dubaya, Londona oxşatdıqları üçün deyil, özünəməxsusluğuna görə sevməli, dəyərləndirməli və gəlməlidirlər. Amma günü-gündən tarixi abidələr sökülərək yerində, metal və şüşə memarlığını tətbiq edilməsi və ya tarixi binaların üzərində aparılan dəyişikliklər, əlavə edilən elementlər tarixiliyimizi, Bakının individuallığını itiririr.
Müasir memarlıq, standartlar dediyimiz anlayış tarixi binalara ziyan vurmaq və ya tanınmaz hala gətirmək demək deyil. Təəsüflər olsun ki binalar da bu günkü dəbə uyğun selekonlu, inkubator xanımlarına bənzəyir. Amma o xanımlarla hər zaman üz-üzə gəlmək məcburiyyətimiz yoxdur. Öz həyatıdır özü bilər deyib keçə bilirik. Amma tarixi abidələr haqqında belə deyib göz yuma bilmərik. Paytaxtımızda memarlıq nümunələri bərpa adıyla təmir edilir. Halbuki təmir və bərpa fərqli anlayışlardır. Belə halların olmaması və nəzarət edilməsi üçün bir qürum olmalıdır. Necə ki buna XIX əsrdə Bakı duması tərəfindən nəzarət edilirdi. O dövrdə tikilən, sökülən, bərpa edilən binalar, hətda şəhərin ən xırda nüanslarının reallaşdırılması Bakı dumasının qərarından asılı idi. Tarixi fasadlarda pəncərə, qapılar, üzərində olan detallar, ornamentlərin qoruması, deformasiyaya uğramaması çox vacibdir. Çünki itirlən hər bir element, xırda detal belə Bakının individuallığını, tarixili şəhər mühiti, abu-havasını da itirmiş olur", - deyə memar əlavə edib.
Havar Şəfiyeva