"Ötən il aparılan araşdırmalardan bəlli olur ki, Bakı şəhəri üzrə baş verən qəzaların əsas səbəbi yol hərəkəti qaydalarının bilərəkdən pozulmasıdır".
Bu sözləri Faktmedia.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
O bildirib ki, sürət həddinin aşılması da yol hərəkəti qaydalarının bilərəkdən pozulmasıdır:
"Bakı şəhəri daxilində sürət həddinin azaldılması tıxaclara səbəb olmayacaq, əksinə, yollarda baş verən qəzaların bir qədər qarşısını ala biləcək. Sürət həddinin azaldılması piyadaların, velosiped, moped və digər mobil avtomobil idarə edənlərin hərəkətini daha təhlükəsiz edəcək. Şəhərdə tıxaca səbəb sürətin çox olması deyil, qeyri-stabil olmasıdır. Sürətin tez-tez artırıb-azaldılması, qeyri-stabil intervallar tıxaca səbəb olur. Sürət həddinin azaldılması, sürət həddini aşma hallarına görə cərimələrin sayını artıra bilər. Sürət həddinin azaldılması müqabilində şəhərlərarası iri magistral yollarda sürət həddinin artırilması daha məqsədəuyğun olardı. Bu iqtisadi cəhətdən də səmərəli olar. Çünki, şəhərlərarası magistral yollarda hərəkət elədir ki, mənzil başına nə qədər tez çatsan, bir o qədər iqtisadi cəhətdən səmərəli olar".
Qeyd edək ki, Bakının əsas prospektlərində nəqliyyatın hərəkət sürəti endiriləcək. Paytaxtın əsas küçə və prospektlərində yeni sürət həddləri aşağıdakı formada müəyyən edilib:
Rəna Həsənova