"Dünən keçirilən konfransda cənab Prezident dünya ictimaiyyətinə və qonşu ölkələrə müəyyən mesajlar göndərdi. Ölkə başçısı qeyd etdi ki, Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqlar daha faydalıdır və bunu inkişaf etdirmək, təbii ki, sona çatdırmaq lazımdır. Sonu da Azərbaycan və Ermənistan arasında Azərbaycanın təklif etdiyi 5 prinsip üzərində sülh müqaviləsinin bağlanması və bununla da bütün məsələlərin həll olunmasıdır".
Bunu Faktmedia.az-a deputat Rüfət Quliyev deyib.
Deputat bildirib ki, türkdilli dövlətlərin dünya siyasətində rolunun artması və bu ölkələrin bir-biri ilə sıx münasibətlərinin olması, beynəlxalq arenada bir nöqtəyə vurmasının vacibliyini qeyd edən ölkə başçısı bütün bunların dünya iqtisadiýyatında və sülhün bərqərar olunmasında böyük rolu olduğunu qeyd etdi:
"Ölkə rəhbəri hər zaman qeyd edir ki, Azərbaycanın suveren, daxili işlərinə heç bir ölkə müdaxilə edə bilməz. Bəzi " siyasətçilər" nə qədər çalışsalar, səy göstərsələr də artıq ifşa olunublar. Çox güman ki, həmin " siyasətçilərin" ya erməni kökləri var, ya da erməni lobbisi tərəfindən dəstəklənirlər. Ölkə başçısı hər zaman çıxışlarında da qeyd edir ki, biz heç bir ölkə ilə problem istəmirik. Biz ölkələrə dostluq, yoldaşlıq, qonşuluq münasibətləri təklif edirik. İnanırıq ki, heç bir ölkə də bizimlə problem axtarmır. Digər maraqlı məqam isə, Şərqi Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlıdır. O dəhlizin açılması təkcə Azərbaycan üçün deyil, 2 qitənin ölkələri üçün çox faydalı əhəmiyyəti var. Bu nəqliyyat yolunun tezliklə açılması və istifadəyə verilməsi kifayət qədər logistik xərclərin azalmasına, nəqlin sürətinin artmasına gətirib çıxaracaq. Bu Ermənistanın müflis iqtisadi durumu, Ermənistan xalqının mənafeyi üçün də əhəmiyyətlidir. Bunu Ermənistan lobbisini dəstəkləyənlər də başa düşməlidir. Artıq məsələ bitibdir. Bütün dövlətlər, beynəlxalq təşkilatlar bunu başa düşür, bizi dəstəkləyirlər. Mən ölkə başçımızın sözlərinə istinad edərək qeyd etmək istəyirəm ki, bu məsələ tezliklə həll olunacaq. Nə qədər belə nəqliyyat dəhlizləri çox olarsa, bir o qədər dünya iqtisadiyyat ıüçün, ən azından 2 qitə ölkələri üçün çox faydalı olar".
Millət vəkili əlavə edib ki, Prezident çıxışında İranla bağlı münasibətlərə də toxundu:
"Qeyd olundu ki, biz problem axtaran ölkə deyilik, problemləri həll etməyə çalışan ölkəyik. Azərbaycanla terror, hərbi, hansışa təsir dili ilə danışmaq mümkün deyil. Azərbaycanın kifayət qədər qüdrətli iqtisadiyyatı, stabil siyasəti, beynəlxalq aləmdə dəstəklənən konsepsiyası var. Prezident İran-Azərbaycan məsələsinin normal yolla həll olunması, beynəlxalq normalar və qanunlar çərçivəsində münasibətlərin inkişaf etdirilməsi ilə bağlı da İran rəhbərliyinə mesaj göndərdi. İndi artıq söz onlarındır. Onlar cavab verməlidirlər ki, Azərbaycan və onun arxasında dayanan nəhəng ölkələrlə sülh müqaviləsini davam etdirmək istəyirlər ya yox. Bu gün bizim səfirliyin İranda fəaliyyətinin olmaması ilə bağlı məsələyə toxunan ölkə başçısı bildirdi ki mənim üçün hər bir azərbaycanlının həyatı, onun durumu çox vacibdir. İranda Azərbaycan səfirliyinə qarşı terroru törədən və ya törədənlər mütləq şəkildə cəzalandırılmalıdır. Azərbaycan İran münasibətlərindən danışan prezident qeyd etdi ki, biz İranın suverenliyini, sərhədlərini tanımışıq, onlar da bizim ərazi bütövlüyümüzü tanıyıblar".
Rəna Həsənova