"Çağdaş Azərbaycan-İsrail münasibətləri son dövrlərdə daha sıxlaşma yönündə inkişaf edir".
Bu sözləri Faktmedia.az-a danışan politoloq İbrahim Xəlil Balayağullar deyib.
O bildirib ki, iki ölkə arasındakı əlaqələr ilk dəfə 1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa olunduqdan, həmin ilin 25 dekabrında bu müstəqillyimizin İsrail dövləti tərəfindən tanınmasından sonra başlamışdır:
"İsrail və Azərbaycan dövlətləri arasındakı münasibətlər, yəhudi və türk xalqları arasında kökü min illərin dərinlikləriə gedib çıxan tarixi dostluq və qardaşlıq bağlarına söykənir. Azərbaycan və İsrail arasındakı münasibətlər mümkün bütün aspektrləri, o cümlədən də siyasi və hərbi əməkdaşlıq sahələrini əhatə edir. İki ölkə arasında dövlət nümayəndə heyətlərinin, ictimaiyyət və mədəniyyət təmsilçilərinin mütəmadi səfərləri təşkil olunur, danışıqlar keçirilir və əməkdaşlıq sahələri getdikcə genişləndirilir. İsrail ölkəmizə beynəlxalq arenada önəmli ölçüdə dəstək verir, haqq səsimizin dünya tərəfindən eşidilməsinə yardımçı olur. Lakin İsrailin respublikamıza dəstəyi sadəci siyasi yardımla məhdudlaşmır, o, həmçinin Azərbaycana hərbi potensialının artırılmasına, müdafiə qabliyyətinin gücləndirlməsinə də önəmli töhfəsini verir və Azırbaycan xalqı olaraq bizlər 44 günlük Vətən savaşında bunun əyanı olaraq şahidi olduq".
O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər ticarət, turizm və elmi əməkdaşlıq sahələrində də inkişaf edir:
"29 mart 2023-cü ildə Azərbaycanın İsraildəki yeni səfirliyinin açılması əslində münasibətlərimizin yüksələn xətt üzrə dinamikasının sübutu, qarşılıqlı əlaqələrimizdə yeni səhifənin açılmasını göstəricisidir. Bu, iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsinə və inkişafına kömək edəcək böyük bir addımdır. Bu addım, Azərbaycan və İsrail arasındakı siyasi, hərbi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı artırmağı hədəfləyir. Səfirliyin açılması, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsinə, diplomatiya əlaqələrinin gücləndirilməsinə və iki ölkə arasında daha çox sahədə iş birliyinin təmin olunmasına və təbliğ edilməsinə kömək edəcək. Bu, həm Azərbaycan, həm də İsrail üçün faydalı olacaq. Açıqcası, İsrail Azərbaycan üçün strateji bir tərəfdaşdır və iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsi, bölgədə sülh və təhlükəsizliyin artırılması üçün çox önəmlidir. Bu səbəbdən, Azərbaycanın İsraildə səfirliyinin açılması, iki ölkə arasındakı münasibətlərin daha da inkişafına və gücləndirilməsinə kömək edəcəkdir. Uğurlarımızı görmək istəməyən, uğurlarımızın qıcıqlandırdığı bəzi fars rejimli İran kimi bədnam qonşularımızın uca səslə bu münasibətlərimizə qarşı diplomatik etikadan kənar şəkildə çıxması doğru yolda olduğumuzu bildirir və bu qardaşlıq münasibətlərinin daha da gücləndirilməsini qaçınılmaz edir".
Havar Şəfiyeva