"Son günlərdə bəzi məhsulların, əsasən tərəvəz, soğan, kartof və meyvələrin qiymətinin aşağı düşməsini müşahidə edirik. Sözsüz ki, biz mövsümlə əlaqədar qiymətlərin aşağı enməsini müşahidə edəcəyik".
Bunu Faktmedia.az-a iqtisadçı Eyyub Kərimli bildirib.
İqtisadçı qeyd edib ki, eyni zamanda, ətin qiymətində də hələki artım olmayacaq:
"Nəzərə alsaq ki, artıq təzə ot bitir, mal-qaranı yemləmək ucuz başa gələcək və bu da ətin bahalaşmasının qarşısını alacaq. Hesab edirəm ki, yay aylarında ətin qiymətində heç bir bahalaşma müşahidə olunmayacaq".
Qeyd edək ki, sosial şəbəkələrdə mal və qoyun ətində yenidən bahalaşmanın olduğu bildirilir. Hətta quzu ətinin 1 kq 18 manatdan-20 manata qədər təklif olunduğu deyilir.
Rəna Həsənova