"Bu hadisənin gündəmə gətirməsi ilə şəhidimizin ruhunu incitmiş oluruq. Reytinq qazanmaq üçün bunu yaymaq heç bir şəkildə birmənalı qarşılanmamalıdır".
Bunu Faktmedia.az-a açıqlamasında psixoloq İlhamə Mustafayeva deyib.
Bunun nə səbəbdən baş verdiyi haqda heç bir məlumatın olmadığını vurğulayan psixoloq həmçinin qeyd edib:
"Ən azından orada bir şəhid anası, şəhid ailəsi var. Qardaş dünyasını dəyişdikdən sonra onun nişanlısının və ya həyat yoldaşının digər qardaşı ilə evlənməsi kimi adətlər, namus məsələsi olaraq bizdə dədə-babadan qalan bir ənənədir. "Bu mənim evimdə olmalıdır" kimi fikirlər yürüdərək, oğlunun əmanətini başqaları ilə bölüşə bilmirlər. Azərbaycanda elə faktlar da var ki, belə şeylərdən dolayı oğlanı məcburən buna sövq edir. Məlumatı öyrənəndə, reytinq xətrinə yox, hərtərəfli düşünülmüş şəkildə addım atmalıdır. Burada psixoloji olaraq bir ana faktoru da var ki, o, oğlunun iyini gəlindən ala bilər. Və qızı özünkü bilib, ailədən biri ilə evləndirir. Bəzi ailələrdə isə, oğlunun əmanəti olaraq ona sona qədər sahib çıxmaq fikrində olurlar".
Qeyd edək ki, Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu olub. O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olub. Elçin Mustafayevin nişanlısının onun qardaşı ilə ailə qurduğu haqda görüntülər yayılıb.
Havar Şəfiyeva