Ukraynanın NATO-ya daxil olması münaqişəni qlobal edəcək və üçüncü dünya müharibəsinə gətirib çıxaracaq.
Faktmedia.az xəbər verir ki, Kiyevin alyansa qəbul edilməsinin mənfi nəticələrini Bloomberg-ə müsahibəsində Slovakiyanın keçmiş baş naziri və Smer partiyasının lideri Robert Fiko qiymətləndirib.
Siyasətçi bildirib ki, 2023-cü ildə keçiriləcək seçkilərdə qalib gəlsə, Ukraynaya silah tədarükünü dayandıracaq və Rusiyaya qarşı Avropa İttifaqına üzv dövlətlərə zərər vuran mənasız sanksiyalara veto qoyacaq.
Havar Şəfiyeva