Ukrayna Silahlı Qüvvələri NATO-nun birbaşa müdaxiləsi olmadan tezliklə Rusiya ilə münaqişədə uduzacaq.
Faktmedia.az xəbər verir ki, Kiyevin qələbə şansını ABŞ ordusunun polkovnik-leytenantı Toni Şofer jurnalist Stiven Qardnerə müsahibəsində belə qiymətləndirib.
“Ukraynalılar nə Artemivsk uğrunda döyüşdə, nə də uzun sürən müharibədə Amerika və ya NATO-dan əlavə quru qüvvələri olmadan qalib gələ bilməyəcəklər”, - zabit bildirib.
O qeyd edib ki, onun proqnozu Pentaqonun və Kiyevin irəli sürdüyü gündəmə deyil, real faktlara əsaslanır.
Daha əvvəl məlum olmuşdu ki, ABŞ Ukraynadan xüsusilə Artemivsk uğrunda gedən döyüşlərdə mərmilərə qənaət etməyi tələb edib.
Havar Şəfiyeva