"Bir neçə ildir ki, kirayə evlərin verilməsi prosesi reallaşdırılır. Proses elektron müraciət vasitəsilə, öncədən elan olunmuş vaxt ərzində, müsabiqə formasında həyata keçirilir. Hesab edirəm ki, bunu təkcə MİDA deyil, ayrı-ayrı MTK- lar da reallaşdıra bilərlər".
Bu sözləri Faktmedia.az-a açıqlmasında tikinti eksperti Vüqar Oruc deyib.
Onun sözlərinə görə, mənzillərin tikilib satılması xeyli vaxt tələb edir, lakin kirayə vasitəsilə satışın həyata keçirilməsi daha məqsədə uyğun və müvafiqdir:
"Bu layihəni müəyyən sosial proyektlər səviyyəsində dövlət tərəfindən də həyata keçirilə bilər. Hesab edirəm ki, bu proses daha geniş şəkildə şaxələnməlidir. Belə bir proses həyata keçirilərsə daşınmaz əmlak bazarında da gündən günə artan qiymətlərin müəyyən qədər tənzimlənməsinə səbəb olar. Bu da ölkə vətəndaşlarının rifahının yüksəlməsi ilə nəticələnər".
Xatırladaq ki, dövlət tərəfindən həyata keçirilmiş uzunmüddətli kirayə mənzillərin satışı bir dəfə kifayət qədər mübahisə doğurmuş, sistemə kiber müdaxilə edilərək, mənzilləri mənimsədiyi üçün nəticələri ləğv olunub.
Havar Şəfiyeva