Azərbaycanda daşınmaz əmlak bazarında yenidən canlanma müşahidə olunmağa başlayıb. Əsasən şəhərin mərkəzində mənzillərin qiyməti bahalaşıb. Bu bahalaşma təkcə mənzilin satışı ilə yox, kirayə yolu ilə əldə edilməsinə də təsir edib. Qeyd edək ki, hələ bahalaşmadan öncə də mənzil sahibi olmayan insanların sayı kifayət qədərdir.
Faktmedia.az bu dəfə tanınmış şəxslər arasında sorğu aparıb. Belə ki, mənzil sahibi olan-olmayan insanların cavablarını təqdim edirik:
Tanınmış teleaparıcı Elçin Əlibəyli kirayədə yaşadığını qeyd edib. Aparıcı bildirib ki, o 2005-ci ildən bu günə qədər kirayə yaşayır"
Yazıçı Varis Yolçuyev isə öz şəxsi mənzilində yaşadığını bildirib: "Mənim Bakıda mənzilim var. Hazırda da öz mənzilimdə yaşayıram. Kirayə yaşamıram"
Aktirisa Zülfiyyə Qurbanova da kirayə yaşamır: "Valideynlərimlə yaşayıram. Öz şəxsi mənzilim yoxdur".
Şair Ruzbeh Məmməd də şəxsi mənzilində yaşayır. "Artıq 2 ildir ki, öz şəxsi mənzilim var. O vaxta qədər kirayə yaşamışam. Doğrudur şəhərdan kənarda yaşayıram, amma kirayə yaşamaqdan çox yaxşıdır".
Zeynəb Müzəffərli