"Azərbaycanda pərakəndə satış nöqtələrində istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarına qiymət qoyulmasında iş adamları və şirkətlər sərbəstdirlər. Dövlət tərəfindən heç bir tənzimlənmə mexanizmi yoxdur və bu doğrudur".
Bunu faktmedia.az-a iqtisadçı Natiq Cəfərli deyib. Ekspert əlavə edib ki, dövlət tərəfindən tənzimlənmə mexanizmi olanda qıtlıq və bahalı olur, necə ki, SSRİ təcrübəsi bizə bunu sübut elədi:
"Həmin iş adamlarının dövlət qarşısında yeganə məsuliyyəti vətəndaşları aldatmamaq, qazandıqları gəlirlərdən doğru-düzgün vergi ödəməkdir. Ona görə də eyni adda məhsulun fərqli satış şəbəkələrində fərqli qiymətə satılması normaldır. Əgər ciddi qiymət fərqi varsa vətəndaş seçim edə bilər, yəni istədiyi malı daha ucuz qiymətə satılan ticarət şəbəkəsindən alla bilər. Vətəndaşlar artıq qiymətlərin internet üzərindən yoxlanılması və müqayisə edilməsini öyrəniblər. Mən burada ciddi bir problem olduğunu görmürəm".
Məlumat üçün bildirək ki, "Kontakt Home", "İrşad", "Baku Elektronics" "Soliton" kimi tanınmış satış nöqtələrində istənilən avadanlıq baha qiymətə təklif olunur. Nəzərə alsaq ki, onlayn sifarişlə almaq mümkünləşdiyi halda bu şəbəkələr qiymətləri endirməlidir. Nədənsə bunu görmək olmur.
//Rəna Həsənova