"Azərbaycanda rəsmi rəqəmlərə görə yoxsulluq həddi 5 faizdən bir az yuxarıdır. Bu rəsmi rəqəmlərdir. Uzun illərdir ki, bu dəyişmir".
Bu fikiləri faktmedia.az-a iqtisadçı Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, bu rəqəmin hər ilin statistikasında yer alması normal deyil:
"Əgər nəzərə alsaq ki, ölkə əhalisinin sayı 10 milyondur, o zaman demək olar ki, əhalinin yoxsul təbəqəsinin sayı təqribən 500 min nəfərdir".
Rəna Həsənova