"Kredit faizləri Azərbaycanda artır və artmasının da səbəbləri var".
Bu barədə Faktmedia.az-ın sualını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçıya görə, birinci səbəb odur ki, Mərkəzi Bank uçot dərəcələrini artırır:
"Uçot dərəcəsi artırsa, deməli faizlərə də təsir göstərir. Son zamanlar Mərkəzi Bank faizləri 0,25 faiz artırdı. Digər səbəb isə, depozitlərə qoyulan vergi rüsumudur. Depozit gəlirlərinə görə vətəndaşlara 10 faiz vergi tətbiq olunur. Bəzi banklar vətəndaşların bu xərcləri ödəyə bilməsi üçün depozit faizlərini 1 faizə qədər artırdılar. Depozit faizləri artırsa , təbii ki, bu da kredit faizlərinin də artmasına səbəb olur. Hər iki səbəb Azərbaycanda kredit faizlərinin artmasına təkan verib".
Rəna Həsənova