"Nə qədər yazmaq olar, İran Azərbaycan dövlətinin içində özünə qoşun yaradır".
Faktmedia.az xəbər verir ki, bunu şair Murad Köhnəqala yazıb.
Faktmedia.az onun çağırış dolu paylaşımını təqdim edir:
Nə qədər yazmaq olar, Azərbaycandakı bütün məscidlər İranın ofisləridir. Nə qədər yazmaq olar, İran mollaları gənclərimizi imamsöün aşiqi eləyəndən sonra istənilən işin icrası üçün onlara rahatca tapşırıq verə bilirlər. Nə qədər yazmaq olar, İran müəyyən partiya və QHT-lərimizə Avropa ölkələri kimi açıq qrant şəklində yox, gizli paket formasında pul ötürür. Nə qədər yazmaq olar, İran mağazaları satılan mallarla da hurafat yayır. Nə qədər yazmaq olar, İran artıq, orta məktəb tədris kitablarımıza da mətnlər sifariş eləyə bilir. Nə qərər yazmaq olar, İranla sərhəddə ciddi nəzarət qoyun, mollalar həm də narkotika ilə gənclərimizi hədəfə götürüb. Nə qədər yazmaq olar, məsciddlərdən səsgücləndiriciləri yığışdırın. Nə qədər yazmaq olar, İran Azərbaycanın bütün bölgələrində, hətta Borçalıda dayanmadan işləyir".
Şair əlavə edib ki, bu işlərə aidiyyəti olan orqanların yerinə işləməkdən yorulmuşam.