Bu İranın Azərbaycana qarşı açıq təzyiq formasıdır. Əsas məqsəd Azərbaycanı zəiflətmək, iradəsini sındırmaq, müxtəlif müstəvidə qazandığı nailiyyətlərə son qoymaqdır".
Bunu Faktmedia.az-a politoloq, Qərbi Kaspi universitetinin professoru Fikrət Sadıqov deyib.
Professor bildirib ki, bunlar xüsusi düşünülmüş formada edilir:
"Bakıda qlobal forumun keçirildiyi zamanda açıq bir nümayişdir. Təbii ki, bütün beynəlxalq qanunlara zidd bir addımdır. Hətta hərbi təlimlər keçirilən zaman dövlətlər bir- birinə qabaqcadan xəbərdarlıq edir, məlumatlandırır. İranın etdiyi isə, Azərbaycana qarşı açıq təxribatdır. Notamıza İran cavab verməlidir. Amma mən düşünmürəm ki, İran tərəfin cavabı bir o qədər tutarlı olsun və nəyəsə əsaslandırılan bir cavab səslənsin. Biz bundan sonra da diplomatik müstəvidə hücumedici addımlarımızı atmalıyıq. Hərbi potensialımız da həmişə yüksək səviyyədə olmalıdır. Biz öz maraqlarımızı müdafiə etməyə həmişə hazır olmalıyıq".
Rəna Həsənova