Faktmedia.az müğənni Cavid Məmmədov ilə müsahibəni təqdim edir:
- Cavid bəy, səhnədə olmaq necə bir hissdir, istəkdir?
- Səhnə sənətimi təqdim eləmək üçün, dinləyicilərim ilə canlı ünsiyyətdə olmaq üçün bir vasitədir. Sənət isə içimdəki musiqini, bacarığımı, ruh halımı yaradıb əsərə və yaxud mahnıya çevrilməsidir. Əgər hansısa bir bacarığı gözəl formada təqdim edə biliriksə, düşünürəm ki, bu sənətdir. Və mən də də musiqini, sözlərimi özüm yazdığım üçün mahnılarımı sənət hesab edirəm.
- Tanınmağınızda əsas rolu nə və ya kim oynayıb?
- Gəncə şəhərində məkanların birində çıxış edirdim. Orda mənə bir qardaş yaxınlaşdı və onunla əlaqəmiz olduqdan sonra videolarımı 2016-cı ildə Ukraynanın Səsi şousuna yolladı. O vaxt məni kastingə çağırdılar və kastingdən keçdim. 4/1 finala kimi çıxdım və həmin şoudan sonra artıq öz mahnılarını yazıb təqdim eləməyə başladım. Elnur Eyvazov adında oğlan mənim sənətimə gəlməyimə vasitəçi oldu. O vaxt mən vakalnan məşğul olmurdum, özümə güvən yox idi. O isə məndən fərqli olaraq mənə inanaraq videolarımı yarışmaya təqdim elmişdir
- Səsi olan və olmayan bir çox aparıcılar var ki, eyni zamanda müğənnilik edirlər. Bu nə dərəcədə doğrudur? Hərə öz sənəti ilə məşğul olsa daha düzgün deyilmi, sizcə?
- Musiqi mənim üçün çox azaddır. Burada əsas məsələ dinləyici və xalqın qarşılanmasıdır. Səs məsələsinə gəldikdə isə, səs hər insanda var. Sadəcə musiqi duyumu olmaya bilər. Məsələn mənim də güclü bir səsim var, amma heç vaxt onu gööstərməmişəm. Burda şou, reyrting məsələsi var.
- Şou-biznesdə sizi qane etməyən nədir?
- Mən özümü heç vaxt şou biznesdə hiss etməmişəm. Sadəcə kənara çəkilib öz işimlə məşğul olan insanam. Maksimum formada çalışıram mahnılarımı yaxşı formada təqdim eləyim. Ona görə də o mühit məni o qədər də narahat eləmir. Ora həm şoudur, həm biznes. Mən şoudan uzaq biriyəm.
- Bəs sizi digərlər müğənnilərdən fərqləndirən cəhətlər nədir?
- Fərqləndirən cəhət odur ki, musiqi və sözlərini çox vaxt özüm yazıram. Səs tempinin fərqli olduğunu deyirlər. Özüm haqqında çox danışmağı sevmirəm. Amma fərqləndirən nəsə var ki, insanlar həqiqətən bəyənirlər və sevirlər. Mən görürəm ki onlar daxili zəngi və intellektual insanlardır. Bu da məni çox sevindirir.
- Sosial şəbəkələrdə səsinizə və özünüzə heyran olan yüzlərlə fanatınız var. İndiyədək izləyicilərinizdən aldığınız ən maraqlı təkliflər hansılar olub?
- Yaxşı ki onlar var, sevgim böyükdür. Onlar olmasaydı yazıb yaratmazdm. Onlar mənə daim motivasiya verirlər. Görürəm ki, mənim dəsti xəttimi ifa tərzini sevirlər. Bu da məni yeni işlərə yaratmağa sövq edir. Bir nəfər duet oxumaq istəyirdi hətta onun adgününə sadəcə bir hədiyyə kimi ifa etmək istədim. Sonra elə oldu ki, o ad günündən qabaq mənə ifa edə bilməyəcəyini bildirdi. Nə qədər özgüvən yaratmağa çalışsam da alınmadı. Yəqin ki, ətrafda kimsə onu bu fikirdən yayındırmışdı.
Havar Şəfiyeva