Fatkmedia.az Tokio Yay Paralimpiya oyunlarının qalibi, əməkdar idman ustası Dürsdəf Muxtarova ilə müsahibəni təqdim edir.
- Öncə özünüzü təqdim edərdiz...
- Paraolimpiya oyunlarının qalibi, əməkdar idman ustası Kərimova Dürsədəf Muxtar qızı
- Dürsədəf xanım ölkəmizdə, idmançı olmaq necə hissdir?
- Mən patriot insanam, vətənimi həddindən artıq sevirəm, ona görə də azərbaycanlı olduğum, həm də bu ölkənin bayrağını temsil etdiyim üçün qürur duyuram.
- Bir qadının idman sahəsində uğur qazanması üçün hansı məqamları əsas götürülməlidir?
- Mənə elə gəlir ki, bir qadının idman sahəsində uğur qazanmasının ilk meyarı inadkarlıqdır. Yəni nə olursa olsun, mütləq başladığın işi davam etdirmək lazımdır. Böyuk idmançının xüsusən də qadın idmançının zəfərə gedən yolu çox çətin və keşməkeşlidir. Bu yolda çox səddlər və səhvlər var. Mütləq uğursuzluqlar, çətinliklərlə qarşılaşmalı olursan, amma bayaq qeyd etdiyim kimi, nə olursa olsun, başladığın işi davam etdirmək lazımdır.
- Necə oldunuz idmana gəldiniz?
- Mən ziyalı ailədə doğulmuşam, idmançı olmağımı anam istəməyib, çox hiperaktiv uşaq olduğum üçün atam enerjisini idmanda tükətsin dedi və məni idmana apardı.Yəni idmançı olmağımın səbəbkarı atam olub. O, həm də mənim ən böyük dəstəkçim və azarkeşim olub.
- Bu sahədə ən böyük arzunuz nədir? Bəs hədəfləriniz?
- Ən böyuk uğuru qazanmışam, idmanın ən böyük zirvesini fəth etmişəm, amma əlbətdəki arzular tukənmir.
- Çox vaxt deyirlər ki, qadın evində oturmalıdı, nə idman? Xanıma evdarlıq yaraşır! Sizin fikrinizcə, necə?
- Mən bu fikir ilə heç vaxt razı olmamışam. Azerbaycan tarixində özündən sonra böyük izlər qoymuş igid, qəhrəman qadınlarımız olub, aslanın dişisi erkəyi olmur.
- Hazırda fəaliyyətiniz hansı yerdədir? Yarışlar gözlənilirmi?
- Hal hazırda 2024-cü ildə Fransada keçiriləcək Paralimpiya oyunlarına vəsiqə qazanmaq uğurunda mübarizələr gedir. İnşallah hədəfimiz Fransada uğuru tekrarlamaq, ölkəmizi laiqincə təmsil etmekdir.
- Xanım idmançılar daha çox kişi xarakterində olurlar, sizdə necədir?
- Mənim fikrimcə xarakterin idmanla əlaqəsi yoxdur. Xarakter insanda uşaqlıqdan formalaşır, istər idmançı ol, ister olma kişi xarakterli qadinlarımız hər bir sahələrdə var.
- Son olaraq bu sahədə yeni addımlar atan xanımlara nə demək istəyərdiniz?
- Əgər məqsədləri varsa əl çəkməsinlər, hər bir əməyin sonu mütləq qiymətləndirilir. Allah kimsenin əziyyətini mukafatsız qoymur. Öz bacariqlarına inanıb zirvəyə doğru getsinlər.
Havar Şəfiyeva