Faktmedia.az Azərbaycan Millisinin üzvü, futbolçu Fatimə Əhmədova ilə müsahibəni təqdim edir.
- Fatimə xanım, necə oldu fudbolu seçdiniz, Nə vaxtdan futbolla məşğulsunuz?
- Futbola maraq məndə kiçik yaşlarımda ailəmdən yaranıb. Hətta atam gənc yaşlarda futbolçu olub. Eyni zamanda öz həvəsim də var idi. Fudbola 10 yaşımdan başladım, hər gün həyətdə oğlanlarla oynayırdım. O vaxtlar biz Almaniyada yaşayırdıq. Orada HTV komandasının heyətində çıxış etdim. Bir neçə il sonra isə yenidən Azərbaycana köçdük. 1 il sonra həvəskar kimi futbol oynadım. Lakin sonra bu maraq artıq məndə planlar yaratmağa cəlb elədi və mən komandada oynamağa başladım. Bu Əli müəllimin baş məşqçilik etdiyi AMASİYA FC komandası idi. Komandada danışıqlardan sonrası məşqə, daha sonra oyunlara çıxdım.
- Hansı komandalarda oynamısınız, uğurlarınız varmı?
- Orada oynadığım müddət ərzində U13 və U16 liqasında çıxış etdim. Daha çox məşq etmək və çalışmaq nəticəsində U17 milli Azərbaycan qızlardan ibrarət milli komandasına dəvət aldım. Hələ də Azərbaycan milli komandasının heyətində çıxış edirəm. AMASİYA FC komandasından sonra hələdə çıxış etdiyim NEFTÇİ PFK komandasına transfer olundum. Komandamda finalda 2 qol payım var. Həmin oyun biz çempion olduq. Beləliklə NEFTÇİ PFK- nın ilk xanım çempionları olaraq yadda qaldıq .
- Azərbaycanda bir qadın kimi futbolçu olmaq necə hissdir?
- Azərbaycanda qadın futbolçu olmaq çox böyük qürür və fəxrdir. Çünki təkcə Azərbaycanda deyil, eyni zamanda digər ölkələrdə də Azərbaycanı təmsil edirik. Formamızın üstündə Azərbaycan bayrağı var. Ölkədə qadınların kişilərə nisbətən fiziki durumdan düşüncələri davam etsədə bu bizim işimizə maneə olmur. Ətrafdan etirazlar olsa da, dəstək olanların fikri hər zaman mənfi rəyləri üstələyir. Fikrimcə, bu bizə daha çox motivasiya verir və öz üzırimizdə daha çox işləməyə başlayırıq.
- Futbolçu olmağınız təhsilinizə maneə olmur ki...?
- İlk başlarda məktəbə gedəndə insanlar tərəfindən seçdiyim peşəyə görə qınanılırdım . “Qız nədir futbol nədir?” və s kimi suallarla qarşılaşırdım. Lakin bunlar mənə maneə deyildi. Mən həm təhsilimə də, futbola da vaxt ayırırdım. Bəzən çox yorulsam da, seçdiyim sahə mənə fiziki olaraq yorğunluq versə də, heç vaxt bezdirici və sıxıcı gəlmir. Bir çox qızlardan fərqli olaraq bu yorğunluğu üstümdə hiss etmək zövq verir.
- Fəaliyyətinizdə ən böyük hədəfləriniz nədir?
- Futbola başladığım gündən hər zaman ağlımda və qəlbimdə eyni arzu olub. Balacalığımdan hər zaman ölkəmi laiyqincə təmsil edib, bayrağımızı müxtəlif ölkələrdə ucaltmaq arzusunda olmuşam. Çətin olsa da, insanların gözündə qız olaraq bunlar müzakirə mənbəyidir. Həyatda ən böyük xəyallarımdan biri də dünyanın ən məhşur, ən böyük və ən tanınmış klublarının birində yeganə Azərbaycanlı qız olaraq çıxış etməkdir. Bunun üçün hər gün daha çox çalışıram. Hər gün etdiyim məşqlər, daha çox çalışdığım günlər məni hər dəfəsində hədəflərimə daha çox yaxınlaşdırır. Futbolçuluq kariyeramı bitirdikdən sonra məqsədim yüksək səviyyədə bilikli, praktikalı məşqçi olub, ölkəmdə futbolu inkişaf etdirmək, güclü futbolçular yetişdirmək və dünyada ölkə futbolumuzu daha çox tanıtdırmaqdır.
- Son olaraq sözünüz?
- Ölkəmizdə daha çox futbol klubları, futbol məktəbləri açılmalıdır. Qızlar oğlanlara nisbətən fiziki olaraq daha zərif görünsə də, onlar istəsə hər şeyi bacarır. Təkcə futbol sahəsində deyil, bütün sahələrdə qadınlar bir şeyi daxilən istəyərsə onlara heç nə maneə ola bilməz. Çünki bir gün xəyal etdiyiniz hər şey reallığa çevriləcək .
Havar Şəfiyeva