Faktmedia.az aktyor Rəşad Kəsəmənliylə müsahibəni təqdim edir:
- Rəşad bəy, hansısa aktyora baxıb nəyisə öyrənmisiniz, yoxsa öz gücünüzə inanırsız?
- Hansısa bir aktyorun hərəkətlərini mütəmadi olaraq izləyib, nəyisə öyrənməyə çalışmamışam. Çünki, hər aktyorun özünəməxsus oyun tərzi və yanaşması var. Əgər kimisə izləyib, hərəkətlərini təkrarlamış olsan, onun kopyalanmış variantı olursan. Ümumiyyətlə bu sənət təkrarçılığı yox, onu hiss edib yeni bir formada özünəməxsus şəkildə canlandırmağı sevir. Hansısa sevdiyim aktyorun səhnədəki rollaeını daha çox izləyirəm. Və müəyyən səhnələr olur ki, orda onlar daha gözəl şəkildə rol oynayırlar. Bunu öz daxilində təhlil edirəm və həmişə daha fərqli formada oynamağa çalışmışam. Çünki aktyor bir nəfərin hərəkətini izləsə, özündən asılı olmayaraq onu kopyalamağa başlayacaq.
- Hazırda işlərdə necə davam edir, yeni nələrsə gözlənilirmi?
- Film var, bəli, Türkiyə ilə Azərbaycanın ortaq bir filmidir. Orada bir obrazı canlandıracam, amma bu haqda hələ danışmağa icazə verilmir deyə ətraflı məlumat verə bilmərəm. Əsasən teatrda yeni tamaşalarımız olacaq. Bu yaxınlarda 2 tamaşa oynadıq. Biri Bakı Bələdiyyə teatrında "Şuşada ürəyim qaldı" tamaşası idi. Orada Hüseynqulu Ağa Bakıxanov rolunu oynadım. Həm tamaşa, həm rol baxımından çox uğurlu alınmışdır. Eynən bu tamaşanı Türkiyənin Bursa şəhərində "Şuşa Günləri" festivalda oynadıq. Orada da bu səhnə böyük alqışlarla qarşılandı. Ondan sonra Həzi Aslanov tamaşasında Səməd Vurğun obrazını canlandlrdım.İndi də yeni tamaşaya hazırlaşırıq. Orada əsas rollardan birini oynayacam. Kanalların birində "Son nəfəs" serialı gedir, orada da rol oynamışam, serial çəkilib amma indi yayımlanır.
- Sizə ən uğur gətirən rol hansı olub?
- Aktyorun öz tərəfindən sevilən obraz, bir də tamaşaçı tərəfindən sevilən obraz olur. "Bir ailəm var" serialında mafiya başçısı rolunda oynamışdım, o rol mənə uğur gətirdi. Ondan sonra "Günəşin ol" serialındakı Kənan obrazı da uğurlu rollarımdan biri sayılır. Son zamanlar "Bir qadın" seialında çəkildim, bu üç obraz daha çox uğurlu sayıla bilər.
- Hal hazırda hansısa seriala çəkilirsiniz?
- Hal hazırda heç bir seriala çəkilirəm, ancaq teatrdakı tamaşalarına məşğulam. Hər gün teatra gedirik və obrazlar üzərində işləyirik. İnşallah aprel ayının axırında tamaşanı təhvil verəcəyik.
- Film uğurlu olması üçün məsuliyyət daha çox kimin üzərinə düşür: Rejissorun, ssenaristin, yoxsa aktyorun?
- Filmin uğurlu olması üçün hər 3 nün üstünə məsuliyyət düşür. Ssenari zəif olanda rejissor, aktyor nə qədər güclü olsa da uğurlu olması mümkün deyil. Tamaşaçı rejisora, aktyora görə oturub baxa bilər, amma bu o demək deyil ki, film uğur qazanır. Yəni hər 3-ü bir birini tamamlamalıdır. Bura madiyyatı da əlavə etmək istəyərdim. Serialda rəng effektləri, montaj operator işi, səhnənin bəzədilməsi üçün maddiyyat çox vacibdir.
- Rəşad bəy, siz niyə aktyorluğu seçdiniz?
- Aktyorluq sənətini uşaq yaşlarımdan seçmişəm. Evdə bəzən hansısa heyvanların hərəkətlərini təkrarlıyırdım. 4 yaşımdan belə daha çox onlara diqqət yetirirdim. 2- ci sinifdən 7- ci sinifə qədər aktyorluq dərnəklərinə getdim. Çox vaxt evdən gizlin gedirdim, çünki anam daha çox dərslərlə məşğul olmağımı istəyirdi. Onu da qeyd edim ki, mənim atam da aktyorluqla məşğul olub. İncəsənət universitetini yarımçıq oxuyub, ama tamaşalarda, bir çox rollarda oynayıb. Çox adam bunu bilmir, amma məndə onun səhnədə oynayan şəkilləri də var.
- Nə vaxtsa şair olmağı düşündünüzmü?
- İnsan şair olmağı heç vaxt düşünmür. Ümumiyyətlə şairlik bir məktəb yoxdur, gedib oranı oxuyasan və şair olasan. Şairlik insanın qanında olsa sən onu təkmilləşdirə bilərsən. Daxilindəki hissləri düzgün şəkildə vərəqə köçürə bilirsənsə sən artıq şairsən.
- Amma şeir yazırsınız...
- Bəli, ikinci sinifdən şeir yazıram, hər həftə yazdığım şeirlərimi sosial şəbəkələrdə paylaşıram. 2013- cür ildə şeir kitabım çapdan çıxıb.
- Ümumiyyətlə nəslinizdə şair olaraq Nüsrət Kəsəmənlinin davamçıları varmı?
- Şeir yazanlarınız var, amma sırf şeiriyyat üzərində oturan yoxdur. Kiçik qardaşım Cavidan da şeir yazır, o da aktyordur. Bu bizim qanımızda var. Amma bizim də nəslimizdə şairlik Nüsrət Kəsəmənlidən başlamayıb. Ondan öncə atamın əmisi -Şeyda Əziz də şair olub. Onun da adı bir çox kitablarda , ədəbiyyatda çəkilir
Havar Şəfiyeva