Gürcüstan Azərbaycanın müttəfiqidir. Bu ölkədə baş verən hadisələrə Azərbaycan biganə qala bilməz. Biz hadisələri narahatlıqla müşahidə edirik".
Bunu Faktmedia.az-a politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, hal-hazırda bütün dünyada yaranan vəziyyət fonunda Rusiya Gürcüstana hücum etsin, yaxud da birbaşa güc vasitəsilə müdaxilə edərək hansısa bir aksiyaya nail olsun:
"Amma Rusiyanın müxtəlif vasitələri var. Belə hallar yarananda Gürcüstanda olan Rusiyapərəst qüvvələri canlandıra bilər və müxtəlif gizli yollarla onları aksiya iştirakçıları ilə toqquşdura bilər. Stabilliyi pozmağa cəhd göstərə bilər. Bunu aksiya iştirakçıları yaddan çıxarmamalı, həmişə nəzarət altında saxlamalıdır. Parlament meydanında kortəbii şəkildə təşkil olunan bu aksiyalar müəyyən toqquşmalara və digər problemlərə gətirib çıxarır. Bu da Gürcüstanda mürəkkəb vəziyyət yarada bilər".
Qeyd edək ki, fevral ayında “Xalqın gücü” hərəkatının üzvləri parlamentə “xarici agentlər” barədə “Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyata alınması” barədə qanun layihələrini təqdim edib.
Gürcüstan parlamenti martın 7-si məhz bu layihəni qəbul edib. Qanuna əsasən, qeyri-kommersiya hüquqi şəxsləri və KİV-in gəlirlərinin 20 faizindən çoxu xaricdən gələrsə, onlar “xarici təsirli agent” statusu alacaqlar. Bu şəxslərdən qeydiyyatdan keçmələri tələb olunur, əks halda isə onları cərimə gözləyəcək
Xatırladaq ki, Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası ölkədə etirazlara səbəb olan “xarici agentlər” barədə qanunu geri götürüb.
Rəna Həsənova