"Marketinqlə məşğul olmaq üçün ali təhsil mütləq vacibdir".
Bu barədə Faktmedia.az-a marketinq mütəxəssisi Səfər Aslanov deyib. O bildirib ki, rəqabət mühiti daha da dərinləşdikcə daha peşəkər kadrlara ehtiyac duyulur:
"Hər şey ali təhsillə bitmir. Mütəmadi yenilikləri izləmək, seminarlarlara, konfranslara və ustad dərslərinə qatılmaq lazımdır. Ətraf mühit davamlı dəyişməkdədir. Marketloqlar da digər peşə sahibləri kimi öz üzərlərində işləməlidirlər. Bazar əhəmiyyətli olmalıdırlar".
Səfər Aslanov əlavə edib ki, xarici dil biliyi bütün sahələrəin peşəkarları üçün əlavə üstünlüklər yaradır:
"Yeni informasiyanın əldə edilməsini və tətbiqini sürətləndirir. Bununla belə yerli mədəniyyəti bilmədən bazarda uğurlu gedişlərin edilməsi mümkün deyil. Kabinetdə oturub heç kim özünü padişah elan etməməlidir. Sahəyə çıxmalı və sahədəki insanların dilindən anlamalıdır".
Havar Şəfiyeva