Prezident İlham Əliyev rayonlara icra başçısı təyin etdiyi zaman ilk növbədə xalqa xidmət etməyi tapşırır. Son illərdə ölkədə yeni kadrların əvəz olunması, aparılan islahatların başlanğıcı idi. Bu isə rüşvətə, korrupsiyaya qaşı həm də hesablanmış addım idi. Amma nədənsə rüşvət alanlar heç də tükənib bitmir. Rüşvət bizim milli dəyərimizdir, yoxsa məhvimiz?
Bu barədə faktmedia.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, Azərbaycan 30-60-cı illərdə belə deyildi:
"Bu bir milli xüsusiyyət deyil. Burada ilk növbədə insanın şəxsi keyfiyyətinin, ikinci növbədə mühit, aldığı informasiyanın təsiri var. İndi dünyanın bir çox inkişaf etmiş dövlətlərində də maddi dəyərlərə üstünlük verən həyat tərzi hökm sürür. Bu da savad dərəcəsindən, dünyada baş verən bəzi qlobal məsələlərlə bağlıdır. Amma insanlar həqiqi mənada mənəvi-islami dəyərlərə üstünlük versələr belə vəziyyət yaranmazdı. Bu məsələlərin qarşısını almaq təbii ki, mümkündür. Bunun üçün lazımı strukturlar ciddi islahatlar aparmalıdırlar".
Rəna Həsənova