Sosial şəbəkələrdə Kür çayının quruması ilə bağlı görüntülər paylaşılır. Fotolardan bəlli olur ki, Kürün müəyyən hissələrində su tamamilə quruyub. Maraqlıdır, Kürün quruması kənd təsərrüfatında suvarmadan istifadənin artması, yoxsa təbiigedən prosesdir?
Bu barədə Faktmedia.az-a danışan memar Cahid Həsənov bildirib ki, çay ətrafı yaşayış sahələrinin artması çayların qurumasına şərait yaradır:
"Bəllidir ki, Kür çayının da ətrafında xeyli məskunlaşma var. Ümumiyyətlə çayların daşması və yaxud da quruması rast gələ biləcəyimiz hallardır. Əhalinin yerləşdirilməsi baxımından bu ərazilərdə tikililərin qoruyucu zonalar xətti üzərində olması vacibdir. Suyu azalmış yerlərdə tikinti işləri aparmaq olmaz, çünki bir müddətdən sonra su öz yerinə qayıdır. Bu da həmin ərazidə yaşayan əhaliyə ciddi problemlər yaradır".
Rəna Həsənova