"Türkiyədə baş vermiş zəlzələ nəticəsində ölkəyə gəlmiş vətəndaşlarımızın Türkiyəyə dönməsində hansısa çətinlik yoxdur".
Bunu Faktmedia.az-a Azərbaycan Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.
Qurum sözcüsü əlavə edib ki, hadisə nəticəsində Azərbaycana gələn vətəndaşlarımızın sayı elə də çox deyil.
Qeyd edək ki, Türkiyədə baş vermiş hadisə nəticəsində 45 mindən artıq insan vəfat edib.
Rəna Həsənova