“Microsoft” şirkəti cari ayın sonunadək “Windows 10” və “Windows 11” təminat sistemi ilə çalışan kompüterlər üçün birbaşa süni intellektlə işləyə biləcək yeni klaviraturaları təqdim edəcək.
Faktmedia-nın xarici mediaya istinadən xəbərinə görə, “Copilot” adlanan bu klaviratura düyməsi istiqamətverici nişanların sol tərəfində yerləşəcək. Bu düymə istifadəçiyə çox rahatlıqla süni intellektlə yazışmağa, ondan informasiya almağa kömək edəcək.