"Twitter" sosial media platforması "Microsoft"u onun məlumatlarından icazəsiz istifadə etməkdə ittiham edib.
Faktmedia.az xəbər verir ki, "Twitter"in sahibi İlon Maskın vəkili bu barədə "Microsoft" məkubla müraciət edib.
Məktubda "Microsoft"un təkcə 2022-ci ildə 26 milyarddan çox "Twitter" paylaşımından icazəsiz istifadə etdiyini iddia edib.
Qeyd edilib ki, "Microsoft" tvitterin məlumatlardan istifadə məqsədi barədə məlumatlandırmalı olsa da, verilənlər bazasından məlumat alan 8 tətbiq proqramlaşdırma interfeysindən (API) 6-da bunu etmir.
Rəna Həsənova