Amerikalı ixtiraçı və iş adamı, “Tesla” və “Space X” şirkətlərinin sahibi İlon Mask deyib ki, o, gündə altı saat yatır, həftənin yeddi günü işləyir, çünki zaman yeganə real valyutadır.
Faktmedia.az xəbər verir ki, Mask CNBC-yə verdiyi müsahibədə gündəlik iş rejimi ilə bağlı təfərrüatları açıqlayıb.
“Vaxt yeganə real valyutadır” deyən milyarder Twitter sosial şəbəkəsinin baş direktoru vəzifəsini məhz bu səbəbdən tərk etdiyini qeyd edib. Mask diqqətini digər şirkətlərinə - Tesla və Space X-ə yönəltməyi planlaşdırdığını izah edib.
İş adamı gündə cəmi altı saat yatdığını etiraf edib. Sahibkarın sözlərinə görə, o, az yatmağa çalışsa da, sonradan məhsuldarlığı azalıb. Bundan əlavə,
Mask həftədə yeddi gün işləyir və ildə cəmi bir neçə gün istirahət edir.
Havar Şəfiyeva