Milyoner İlon Mask öz sosial şəbəkələrində bütün dünyanın bir olduğu vaxtlar haqqında zarafat edib.
Faktmedia.az xəbər verir ki, o bu paylaşımı Tvitter hesabında edib və sonradan post silinib.
SpaceX və Tesla şirkətlərinin rəhbəri Paleozoyun sonu və Mezozoyun əvvəlində mövcud olmuş super qitə olan Pangeanın xəritəsini dərc edib. Milyarder şəkli "Dünyanın bir olduğu köhnə gözəl günlər" yazısı ilə müşayiət edib.
Martın sonunda Mask sosial şəbəkələrində oxşar başlıqlı bir yazı dərc edib. Alimlərin fikrincə, Pangea superkontinenti o dövrdə mövcud olan qitələri - Qondvana, Laurusiya və Sibiri birləşdirib.
Aprelin sonunda sahibkar İlon Mask demişdi ki, insanlar internetdə gördüklərinə inanmamalıdırlar.
Havar Şəfiyeva