Alimlər beyin və göz arasında əlaqəni formalaşdıran yeni süni intellekt yaradıblar. Belə ki, İsveçrənin Cenevrə şəhərində inkişaf etdirilən CEBRA adlı süni intellekt gözlərdən beyinə göndərilən sinir siqnallarını təsvirə daxil edə bilir.
Faktmedia.az xəbər verir ki, tədqiqatda mütəxəssislər siçanlara ağ-qara film izlədilib. Bununla da heyvanların beynindəki elektrik siqnallarını süni intellektlə görüntülərə çeviriblər.
Beyin skanından əldə edilən məlumatlar 95 faiz filmin məzmunu ilə üst-üstə düşüb.
Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Qeyd edək ki, mütəxəssislər texnologiyanı insan beyninə uyğunlaşdırmağı hədəfləyirlər.
Bu yolla gələcəkdə görmə məhdudiyyətli insanlar üçün bionik gözlər istehsal etmək mümkün olacaq.
Havar Şəfiyeva