Avropanın ən çox satılan qəzeti olan Almaniyanın Bild tabloid qəzeti müxtəlif redaktor işlərini süni intellektlə əvəz edəcək.
Faktmedia.az xəbər verir ki, qəzet tam rəqəmsal media şirkəti olacaq.
Bildirilib ki, qərar 100 milyon avroluq xərclərin azaldılması proqramının bir hissəsidir.
Qəzetin sahibi və Avropanın ən böyük media naşiri Axel Springer SE, işçi heyətinə qəzetin "təəssüf ki, rəqəmsal dünyada süni intellekt və avtomatlaşdırılmış proseslərlə yerinə yetirilən vəzifələri olan həmkarları ilə yollarını ayıracağını" söyləyib.
Alman Jurnalistlər Birliyi (DJV) Springerin planlarını tənqid edib.
Bildirilib ki, bu addım “işçilərə qarşı antisosial olmaqla yanaşı, həm də iqtisadi baxımdan son dərəcə axmaqdır”.
Bəsti Məmməd