Xəbər verdiyimiz kimi, "Azərbaycan" qəzeti bağlana bilər. Bu barədə qəzetin baş redaktoru Bəxtiyar Sadıqov Milli Məclisdə çıxışı zamanı açıqlayıb. Baş redaktor abunə sayının azlığını əsas gətirərək, qəzetin yaxın zamanlarda bağalana biləcəyini deyib. Bundan sonra "Teleqraf" holdinqin rəhbəri, jurnalist Aynur Camalqızı öz feysbuk hesabında ironiya ilə belə bir paylaşım edib:
Faktmedia.az həmin paylaşımı təqdim edir:
"Heç kəsin oxumadığı qəzeti (qəzetləri) saxlamaq - kağız israfçılığı, maliyyə israfçılığı, vaxt israfçılığı kimə və nəyə lazımdır?"
Qeyd edək ki, Aynur Camalqızı “Gündəlik Teleqraf” qəzeti bağlananda da belə bir açıqlama vermişdi: "Çap mediasının qeyri-populyar olduğu, kağızın qiymətinin bahalaşdığı bir məqamda “Gündəlik Teleqraf” qəzetinin nəşrinin dayandırılmasını məqbul saydıq".
Sevinc Hüseynova