Sosial şəbəkələrdə İtaliyanın paytaxtı Romada yerləşən "Trevi fəvvarəsi"nin yeni görüntüləri yayılıb.
Faktmedia xəbər verir ki, videoda fontanın suyunun çəkildiyi və işçilərin turistlər tərəfindən qəpikləri yığdığı kadrlar əks olunub.
Buradan əldə edilən məbləğ yoxsul insanlara, sığınacaqda yaşayanlara və bir sıra xeyriyyə cəmiyyətlərinə xərclənir.
Həftəlik olaraq buradan 4000 avro (təxminən 7508 AZN) yığılır.
Məlumat üçün bildirək ki, "Trevi fəvvarəsi" Romada yerləşən ən böyük fəvvarədir. Hündürlüyü 25,9 m, eni 19,8 m olmaqla dünyanın ən məşhur fəvvarələrindən biri sayılır.
Fəvvarə 1732–1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilib.
Romanın əsas gözəllik simvolu sayılır.