Dünya əhalisinin hansı işlərlə məşğul olması da araşdırma mövzusuna çevrilib. Onlar gündəlik insanların vaxtını hansı işlərə sərf etməsi barədə sübutlar hazırlamağa çalışınblar.
Faktmedia.az xəbər verir ki, araşdırmaya görə, dünyada orta hesabla bir insan gündə doqquz saatdan çox yatmağa və yataqda uzanmağa sərf edir. Bu məlumatlar uşaqlara və yeniyetmələr də aiddir. Yetkinlərin yuxusunu araşdıran bir tədqiqatda, ortalama gündəlik yuxu təxminən 7.5 saat olub.
Digər doqquz saatı insan özünə sərf edib. Bu vaxtın çox hissəsi (6,5 saat) televizora baxmağa, kitab oxumağa, idman etməyə və gəzməyə sərf olunub. Qalan iki saat yarım isə sağlamlıq və gigiyena sərf edilən zaman olub.
Dünya əhalisi orta hesabla gündə daha 3,4 saatını əşyaların qulluğuna, məhsul istehsalına, mağazalara getməsinə, bağ evlərində və torpaq sahələrində işləməyə, tikintiyə və təmizliyə sərf edir.
Psixoterapevtlər həyatdan həzz almaq qabiliyyətinin itirilməsinə səbəb kimi həddindən artıq işləməyi və sosial şəbəkələrə həvəsi göstərib.
Xəyalə Xəlilova