İnsanları qış yuxusuna apara bilən yeni ultrasəs texnologiyası hazırlanıb.
Qış yuxusunda məməlilər maddələr mübadiləsini boğur, bədən istiliyini aşağı salır və digər prosesləri ləngidirlər. Yeni sistemi inkişaf etdirən tədqiqatçılar, ultrasəs impulslarını heyvanların başlarına yönəltdikdən sonra siçanlar və siçovullarda bu uyuşuqluğu uğurla oyada biliblər.
Tədqiqatçılar bu sistemin insanlarda da işləyə biləcəyini və uzun məsafəli kosmik uçuşlarda və ya tibdə mühüm tətbiqlərə malik ola biləcəyini düşünürlər. Onların fikrincə, kəskin fövqəladə hallar və ya ciddi xəstəlik hallarında bu sistemdən istifadə edilə bilər.
Məsələn, avtomobil qəzası keçirmiş birisi orqanları transplantasiya üçün istifadə olunana qədər soyuducuda saxlanıla bilər. Kosmosda uzun səyahətlər üçün də faydalı ola biləcək bu sistem Marsa və ya digər uzaq yerlərə səyahət edənlərin həyatda qalması üçün lazım olan resursları azalda bilər.
Xəyalə Xəlilova