Yüksək IQ-ya malik insanlar sadə problemləri daha tez həll edirlər. Daha mürəkkəb səviyyəli tapşırıqları yerinə yetirmək üçün onlara daha çox vaxt lazımdır.
Bu barədə araşdırma “Nature Communications” jurnalında dərc olunub.
Məlumata görə, alimlər bu nəticəyə ağıllı insanların beyninin hissələrinin yüksək sinxronizasiyası ilə gəlib.
Alimlərin fikrincə, beynin hissələri arasında məlumat mübadiləsi məlumatların işlənməsini ləngidir. Beynin yavaş işləməsi özünü doğruldub, çünki müəyyən gecikmə ilə verilən qərarlar balanslaşdırılmış və düzgün qərarlar olub.
Tədqiqatçıların qeyd etdiyi kimi, intellekt səviyyəsi aşağı olan insanlar mürəkkəb problemlərin həllinin öhdəsindən daha tez gəlirlər, çünki onların beyni məlumatın işlənməsini başa çatdırana qədər gözləmir və bu da tez-tez baş verən səhvlərə yol verir.
Bu vəziyyətdə bir insan özünü suallar və şübhələrlə yükləmir, buna görə də məlumatın işlənməsi minimuma endirilir.
Xəyalə Xəlilova