"Geyimin modeli və rənglər insanın iç dünyasını, xarakterini göstərir. Yanıma gələn müştərilər var ki, həm rənginə, həm də üzünə baxanda onun psixologiyasını və xarakterini tuta bilirəm".
Bu sözləri Faktmedia.az-a açıqlamasında modelyer-dizayner Şəlalə Maqsudova deyib.
O, həmçinin əlavə edib:
"Ən çox qara rənglərə və klassik üsluba meyilli xanımların kompleksləri olur və onlar həmin komplekslərini qara rəngdə gizlətmək istəyirlər. Amma bu yanlış fikirdir. Yaşından asılı olmayaraq elə xanımlar var ki, daha çox parlaq geyimlər geyinir. Həyatı sevən, şən, xanımlar da var ki, istər rənglərdə, istərsə də geyim tərzində kompleksləri olmur. Şıltaq uşaq geyimləri geyinən xanımların tamam ayrı dünyaları olur. Ziyafət geyimləri seçən xanımlar daha çox diqqət mərkəzində olmaq istəyirlər. Belə hallarda daha rəngli, şux və gözoxşayan rənglərə müraciət olunur. Ağır xarakterli xanımlar isə, tünd rənglərə üstünlük verir. Yanıma gələn müştərilərin belə harada işlədiyini geyimlərdən tuta bilirəm".
Havar Şəfiyeva