"2023-cü ilin yaz fəslində yun parçlar öz yerini nazik parçalara verəcək. Cinslər daha çox gündəmdə olacaq. Eyni zamanda qalın kətan, şal materialları daha çox dəbdə olacaq".
Bunu Faktmedia.az-a modelyer Şəlalə Maqsudova açıqlayıb.
"Toxunmalarda isə nazik toxunma parçalar daha çox dəbdə olacaqdır. Bu parçalardan hazırlanmış geyimlərdən boş ölçülü köynək və jaketlər, keçən il trapes yupkalar dəbdə idisə, bu il daha çox gödək trapes yupkalar daha çox dəbdə olacaq. Klassik, yox boş ölçüdə olan şalvarlar da dəbdə olan geyimlər sırasındadır. Elə bir ölkədə yaşayırıq ki, gənclərimizin 40 faizi artıq dəblə uyğunlaşır. Həm rəngləri, həm fasonlarını izləyir. Belə gənclər üçün havaların necə olması fərq eləmir. Amma yerdə qalan 60 faiz var ki, onlar havanın necə olmasına xüsusi önəm verirlər. Artıq o havada tünd rənglərə daha çox üstünlük verilir, biraz uçuşan ətəklərə yox, bədənə oturan ətəklərə üstünlük verilir", - moldeyer bildirib.
//Havar Şəfiyeva