Dizayner, iç memar Leyla Naib Cabbarlının "İnteryerdə millilik, yəni etno üslubu" yazısını təqdim edir:
Etno üslubunu kafe restoran və otellerdə istifadə etmək daha məqsədə uyğundur, hətta hava limanında belə istifadə etmək olar. Çünki daha çox ölkəyə gələn qonaqların diqqətini cəlb edir və bir çox insanlar ilhama gətirən üslübdur.
Milli üslubun özəlliyi
Etno üslubu müxtəlif və çoxşaxəlidir. Özəlliyi təbii materiallardır. Üzlük, mebel aksesuarları, xüsusi milli dekorlar, təbii daş, ağac və digər təbii material və aksesuarlardan ibarətdir.
Millik və muasirliyin sintezi
Çox gozəl və qeyri adi bir görüntü yaradır. Müasir interyerdə milli elementlərdən istifadə etmək indi daha çox dəbdədir. Buna “Fyujn” da demək olar, yəni “uyğunsuz elementlərin birləşməsi”. İşıqlandırma, mebel, qab qacaq, tekstil, panellər, rənglər, dekor, fakturalar, aksesuarlar – hər şey qədim mədəniyyətlərin və muasir həyatın birləşməsidir. Eyni zamanda buna Etno Şik üslubu demək olar.
Milli üsluba təlabat
Öncə qeyd etdiyim kimi, daha çox ictimai interyerlerde tələbat olur, şəxsi evlərdə isə Etno Şik adlandırdığım üslubda, müasir və etno üslubun sintezinə tələbat var.
Milli üslub nə dərəcədə dəbdədir
Qeyd edək kiz Etno üslub orta səviyyədə dəbdədir. Təssüf hissi ilə qeyd edim ki, Azerbaycanda millli etno uslubuna tələb demək olar ki yoxdur. Yalnız incəsənət və ya mənəvi cəhətdən yüksək inkişaf etmiş insanlar tərəfindən tələb olunur. Amma 2020-2021-ci illərdə Avropada, Paris və Milanda daha çox dəbdə olan bir üslüb idi.
Novruz bayramı ərəfəsində bir çox yerlərdə milli dekorlar qurulur.
Daha çox standart Novruz atributlarından, maksimum milli naxışlar və ya tekstildən istifadə edilir. Düşünürəm və əminəmki gözəl və maraqlı dekorlar qurmaq mümkündür. Istedadlı kadrlarımız çoxdur və onlara müraciət edilməlidir. Kölgədə qalan bir çox rəssam, dekoratorlarımız, dizaynerlərimiz çoxdur. Vaicb deyil ki məhz interyer dizayner olsun. Geyim dizaynerlərin də çox gozəl və maraqlı fikirləri olur. Amma təəsüf ki, onlara müraciət olunmur. Əminəmki yaxın gələcəkdə bütün istedadlı gənclər öz işləriylə üzə çıxacaqlar.
Milli üslub yaradılarkən fikir veriləcək əsas hansı məqamlardan biri məkan və dekor olunacaq sahədir.
Əgər evdirsə ilk növbədə düzgün yerləşim və o yerləşimə uyğun olaraq dizayna diqqət yetirmək lazımdır. Milli abu hava yaratmaq üçün rənglərdən başlamaq lazımdır. Rəngələrə gəldikdə isə sakit, orta açıq tonlu olmalıdır. Qalan hər şey bir birini zəncirvari ardıcılıqla tamamlayır.
İnteryerdə xalçanın (milli xalça) özəlliyi
Son zamanlar milli xalçalar qarışıq stillərdə çox istifadə olunur.
Əsas ipək xalçalar modern interyerlərə özəllik qatır. Ümumilikdə milli ornamentli xalçalar eko üslubu, boho, kantri, müasir ve eklektik interyerlerində istifadə etməsi daha məsləhətdir.
Dekorativ element olaraq milli aksesuarlardan istifadə
Interyerdə ən çox tekstilə üstünlük vermək lazımdır. Abu havanı daha isti və rahat göstərir. Ona görədə etno dekor olaraq da milli ornamentli parçalardan dekor kimi istifadə etmək olar. Bura müasir interyerdə hər hansı bir divarda mini rəsm milli və müasir göstəricilərlə mini rəsm də yerləşdirmək olar. Əsas diqqət yetirəcək məqamlardan biri isə milli atributlardır".
Havar Şəfiyeva